Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu Cəbrayıl rayonunun Şükürbəyli kəndində sahədaxili və evlərin qaz təchizatı xidmətlərini həyata keçirmək üçün müqavilə imzalayıb.
Banker.az xəbər verir ki, xidmətin birinci mərhələsində 635 ailə, ümumilikdə isə 1042 ailə qazla təmin ediləcək.
Müqavilənin dəyəri 3 539 705 manat təşkil edir və “Tunel-Metro İnşaat” MMC tərəfindən yerinə yetiriləcək.