EN

Sabiq icra başçısının oğlu bu ölkədə 40 villa aldı - FOTO

Azərbaycan mənşəli biznesmen Ümid Abuzərli Rumıniyada 40 villadan ibarət iri daşınmaz əmlak kompleksi alıb.

"Unikal" xəbər verir ki, bu barədə məlumatı sosial şəbəkədə jurnalist Elçin Alıoğlu paylaşıb.

O bildirib ki, Rumıniyanın "Profit.ro” portalının 29 yanvarda dərc etdiyi məlumata görə, layihə Azərbaycanın Salyan rayonunun İcra Hakimiyyətinin keçmiş başçısı Tahir Kərimovun oğlu Umid Abuzərli tərəfindən yaradılmış şirkət vasitəsilə həyata keçirilib.

Ü.Abuzərlinin yaratdığı "Memaar Capital" şirkəti Rumıniyanın Pipera şəhərində yerləşən və əvvəllər iş adamı Corce Bekalinin ailəsinə məxsus olan 40 villalı yaşayış kompleksini, həmçinin yerli milyonçu Ioan Peykanın qızına məxsus digər daşınmaz əmlak layihəsini satın alıb.

Xatıqladaq ki, Tahir Kərimov 2011-ci ildə Salyan rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilmiş, 2016-cı ildə isə bu postdan azad olunmuşdu.

Chosen
29
13
unikal.az

10Sources