AZ

Atası 5 il Salyanın icra başçısı oldu, özü “Styaua”nın sahibinin mülkünü aldı!

Azərbaycanlı biznesmen, 33 yaşlı Ümid Abuzərli Rumıniyada 40 villadan ibarət iri daşınmaz əmlak kompleksi alıb.
Bu barədə məlumatı jurnalist Elçin Alıoğlu sosial şəbəkədə paylaşıb.
O bildirib ki, Rumıniyanın “Profit.ro” portalının yanvarın 29-da dərc etdiyi məlumata görə, layihə Salyan rayonunun İcra Hakimiyyətinin sabiq başçısı Tahir Kərimovun oğlu Ümid Abuzərli tərəfindən yaradılmış şirkət vasitəsilə həyata keçirilib.
Ümid bəyin yaratdığı “Memaar Capital” şirkəti Rumıniyanın Pipera şəhərində yerləşən, əvvəllər iş adamı Cici Bekalinin ailəsinə məxsus olan 40 villalı yaşayış kompleksini, həmçinin yerli milyonçu Ioan Peykanın qızına məxsus digər daşınmaz əmlak layihəsini satın alıb.
Xatırladaq ki, Tahir Kərimov 2011-ci ildə Salyan Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib, 2016-cı ildə isə bu postdan azad olunub.
İşin maraqlı tərəfi ondan ibarətdi ki, həmin bu Cici Bekali Rumıniyanın FCSB (keçmiş “Styaua”) klubunun sahibidi, yayda bu klubun Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində “Qarabağ”la qarşılaşmaq ehtimalı yarananda “Qarabağ”ı darmadağın edəcəyik”, - deyə yekəxana açıqlama vermişdi. Halbuki 2-ci təsnifat mərhələsində “Şkendiya”nı belə keçə bilmədilər.
ORXAN

Seçilən
20
13
football-plus.az

10Mənbələr