EN

Dövlət qulluğuna qəbul üzrə test imtahanları keçiriləcək

Fevralın 5-də dövlət qulluğuna qəbul və dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə test imtahanları keçiriləcək.

İnzibati rəhbər vəzifələrə aid AB, AC və inzibati icraçı vəzifələrə aid BA, BB vəzifə altqruplarına uyğun vəzifələr üzrə dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi imtahanı və dövlət qulluğunda inzibati vəzifələrin B növünə aid BB vəzifə altqrupuna uyğun vəzifələr üzrə qəbul imtahanı keçiriləcək.

BB vəzifə altqrupu üzrə test imtahanı

İmtahanda iştirak üçün 854 namizəd qeydiyyatdan keçib.

Namizədlər bu linkə daxil olub “İmtahana buraxılış vərəqəsi”ni çap etməlidirlər. Namizədlər imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi”ni mütləq gətirməlidirlər.

İmtahan saat 10:00-da başlayacaq. Saat 10:45-dən sonra gələn namizədlər imtahana buraxılmır.

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahan

Fəaliyyətin davam etdirilməsi üzrə imtahanda iştirak etmək üçün AB qrupu üzrə 3, AC qrupu üzrə 5, BA qrupu üzrə 42, BB qrupu üzrə isə 110 olmaqla, ümumilikdə 160 namizəd qeydiyyatdan keçib.

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi imtahanı iştirakçıları bu linkə daxil olub “İmtahana buraxılış vərəqəsi”ni çap etməlidirlər.

Buraxılış vərəqəsində imtahana gəlməli olan vaxt və digər zəruri məlumatlar göstərilib. İmtahan saat 16:00-da başlanır və 2 saat 30 dəqiqə davam edir. Saat 15:45-dən sonra gələn namizədlər imtahana buraxılmır.

Namizədlər imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi”ni mütləq gətirməlidirlər.

İmtahanların keçirilməsi üçün 12 imtahan rəhbəri, 68 nəzarətçi və 10 buraxılış rejimi əməkdaşı ayrılıb.

Chosen
12
17
teleqraf.com

10Sources