AZ

Dövlət qulluğu üzrə test imtahanları keçiriləcək

Dövlət İmtahan Mərkəzi (DİM) fevralın 5-də inzibati rəhbər vəzifələrə aid AB, AC və inzibati icraçı vəzifələrə aid BA, BB vəzifə altqruplarına uyğun vəzifələr üzrə dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi imtahanı və dövlət qulluğunda inzibati vəzifələrin B növünə aid BB vəzifə altqrupuna uyğun vəzifələr üzrə qəbul imtahanı keçirəcək.

DİM-dən Ölkə.az-a bildirilib ki, BB vəzifə altqrupu üzrə test imtahanında iştirak üçün 854 namizəd qeydiyyatdan keçib.

İmtahan saat 10:00-da başlanacaq. Saat 10:45-dən sonra gələn namizədlər imtahana buraxılmayacq.

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahanda iştirak etmək üçün AB qrupu üzrə 3, AC qrupu üzrə 5, BA qrupu üzrə 42, BB qrupu üzrə isə 110 olmaqla, ümumilikdə 160 namizəd qeydiyyatdan keçib.

İmtahan iştirakçıları DİM-in saytında müvafiq linkə daxil olub imtahana buraxılış vərəqəsini çap etməlidirlər.

Buraxılış vərəqəsində imtahana gəlməli olan vaxt və digər zəruri məlumatlar göstərilib. İmtahan saat 16:00-da başlanacaq və 2 saat 30 dəqiqə davam edəcək. Saat 15:45-dən sonra gələn namizədlər imtahana buraxılmayacaq.

İmtahanların keçirilməsi üçün 12 imtahan rəhbəri, 68 nəzarətçi və 10 buraxılış rejimi əməkdaşı ayrılıb.

Namizədlər bu imtahanlara gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və buraxılış vərəqəsini mütləq gətirməlidirlər.

Seçilən
0
17
olke.az

10Mənbələr