EN

Beynəlxalq Nəqliyyat Forumu Azərbaycanın fövqəladə sessiyaya sədrliyini yüksək qiymətləndirdi

Bakı. Trend:

Parisdə Beynəlxalq Nəqliyyat Forumunun Nəqliyyatı İdarəetməŞurasının fövqəladə sessiyası keçirilib. Beynəlxalq NəqliyyatForumu (BNF) Azərbaycanın sözügedən tədbirə sədrliyini yüksəkqiymətləndirib.

Bu barədə Trend-ə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindənməlumat verilib.

Bildirilib ki, iclasdan sonra BNF-nin sosial media hesabındapaylaşılan açıqlamada iclasın uğurla idarə olunmasına vəmüzakirələrin səmərəli şəkildə yönləndirilməsinə görə Azərbaycanaxüsusi minnətdarlıq ifadə edilib.

Fövqəladə sessiya nəqliyyat siyasəti üzrə dialoq üçün mühümplatforma rolunu oynayıb və ölkəmizin bu sahədə beynəlxalqəməkdaşlığa sadiqliyini növbəti dəfə nümayiş etdirib.

Məlumat üçün bildirək ki, Azərbaycanın BNF-yə prezidentliyi 6-8may 2026-cı il tarixlərində “Dayanıqlı nəqliyyatınmaliyyələşdirilməsi” mövzusunda keçiriləcək sammitlə yekunlaşacaq.BNF-yə prezidentlik ölkəmizin qlobal nəqliyyat siyasətininformalaşdırılmasındakı rolunu daha da möhkəmləndirəcək.

Chosen
10
6
az.trend.az

8Sources