Parisdə Beynəlxalq Nəqliyyat Forumunun (BNF) Nəqliyyatı İdarəetmə Şurasının fövqəladə sessiyası keçirilib.
"Far.Az" Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə istinadən xəbər verir ki, BNF Azərbaycanın sözügedən tədbirə sədrliyini yüksək qiymətləndirib.
İclasdan sonra BNF-nin sosial media hesabında paylaşılan açıqlamada iclasın uğurla idarə olunmasına və müzakirələrin səmərəli şəkildə yönləndirilməsinə görə Azərbaycana xüsusi minnətdarlıq ifadə edilib.
Fövqəladə sessiya nəqliyyat siyasəti üzrə dialoq üçün mühüm platforma rolunu oynayıb və ölkəmizin bu sahədə beynəlxalq əməkdaşlığa sadiqliyini növbəti dəfə nümayiş etdirib.
Qeyd edək ki, Azərbaycanın BNF-yə prezidentliyi mayın 6-8-də "Dayanıqlı nəqliyyatın maliyyələşdirilməsi" mövzusunda keçiriləcək sammitlə yekunlaşacaq. BNF-yə prezidentlik ölkəmizin qlobal nəqliyyat siyasətinin formalaşdırılmasındakı rolunu daha da möhkəmləndirəcək.