EN

“Kəpəz”in futbolçusunun bıçaqlanması ilə bağlı TƏFƏRRÜAT

Xəbər verildiyi kimi “Kəpəz”in 24 yaşlı futbolçusu Veysəl Rzayev bu gün səhər saatlarında bıçaqlanıb.
 

MÖVZU İLƏ BAĞLI:

“Kəpəz”in bıçaqlanan futbolçusunun SON DURUMU


Bizim.Media hadisə ilə bağlı təfərrüatları öyrənməyə çalışıb.

Gəncə klubunun Media və Marketinq departamentinin direktoru Gəray Qiyasov Bizim.Media-ya açıqlamasında bildirib ki, hazırda onun durumu orta-ağır olaraq qiymətləndirilir:

“O, Gəncə Şəhər Xəstəxanasında əməliyyat olunub və reanimasiyaya yerləşdirilib. Hazırda həyati təhlükəsi yoxdur. Klub rəhbərliyi məsələdən xəbərdardır və xəstəxanadadır”.

Klub rəsmisi qeyd edib ki, faktın hansı səbəbdən baş verməsi ilə bağlı hələlik dəqiq məlumat yoxdur:

“Qeyri-rəsmi olaraq əlimizdə iddialar çoxdur. İki şəxsi ayırarkən bıçaqlanması isə həmin iddialardan biridir. Lakin bu iddiaların heç biri hələlik dəqiq məlumat deyil. Çünki hazırda faktla bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılır”.

Naibə Məmmədova, Bizim.Media

Chosen
20
50
bizim.media

10Sources