1920-30-cu illərdə Azərbaycan cəmiyyətində qadının rolu ilə bağlı köklü dəyişikliklər yaşanırdı. Bu, təkcə sosial islahat deyil, həm də düşüncə inqilabı idi.
Cəfər Cabbarlının yaratdığı Sevil obrazı da bütöv bir xalqın qaranlıqdan işığa çıxmaq cəsarətini simvolizə edirdi.
Məhz həmin ideyanın bədii və tarixi davamı kimi 1960-cı ildə Fuad Əbdürrəhmanov “Azad Qadın” heykəlini yaratdı.
Bu gün isə Azərbaycan qadını ictimai həyatın bərabərhüquqlu iştirakçısı kimi çıxış edir: istər dövlət qulluğunda, istər qanunverici orqan olan Milli Məclisdə, istərsə də iqtisadi-sosial sferada...
Hazırda Bakının Cəfər Cabbarlı və Zivər bəy Əhmədbəyov küçələrinin kəsişməsində yerləşən “Azad Qadın” heykəli də məhz Azərbaycan cəmiyyətində söz sahibi olan qadınların simvoludur.
Daha ətraflı “ARB24”ün hazırladığı videosüjetdə:
Bizim.Media