Bakı. Trend:
Bu il fevralın 1-nə Azərbaycanda pul bazası 22,545 milyard manattəşkil edib.
Trend bubarədə AMB-yə istinadən xəbər verir.
Məlumata əsasən, bu, bu ilin yanvarın 1-i ilə müqayisədə 75,1milyon manat və ya 0,3% çoxdur.
Eyni zamanda ölkədə pul bazası son 1 ildə isə 2,4 milyard manatvə yaxud 12% artıb.
Qeyd edək ki, pul bazası iqtisadiyyatda mərkəzi bank tərəfindənyaradılan və birbaşa nəzarət olunan ən ilkin pul kütləsidir.
Pul bazası əsasən iki hissədən ibarətdir: 1) Dövriyyədə olannağd pul – əhalinin və şirkətlərin əlində olan kağız və metalpullar; 2) Bankların mərkəzi bankdakı ehtiyatları – kommersiyabanklarının Mərkəzi Bankda saxladığı məcburi və əlavəehtiyatlar