AZ

Azərbaycanda pul bazası artdı

Bu il fevralın 1-nə Azərbaycanda pul bazası 22,545 milyard manat təşkil edib.

Day.Az bu barədə AMB-yə istinadən xəbər verir.

Məlumata əsasən, bu, 2026-cı ilin yanvarın 1-i ilə müqayisədə 75,1 milyon manat və ya 0,3% çoxdur.

Eyni zamanda ölkədə pul bazası son 1 ildə isə 2,4 milyard manat və yaxud 12% artıb.

Qeyd edək ki, pul bazası iqtisadiyyatda mərkəzi bank tərəfindən yaradılan və birbaşa nəzarət olunan ən ilkin pul kütləsidir.

Pul bazası əsasən iki hissədən ibarətdir: 1) Dövriyyədə olan nağd pul - əhalinin və şirkətlərin əlində olan kağız və metal pullar; 2) Bankların mərkəzi bankdakı ehtiyatları - kommersiya banklarının Mərkəzi Bankda saxladığı məcburi və əlavə ehtiyatlar

Seçilən
0
3
day.az

4Mənbələr