ain.az, Qol.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Veysəl Rzayevin bıçaqlanmasının təfərrüatları
"Kəpəz” klubunun futbolçusu Veysəl Rzayevin bıçaqlanmasının təfərrüatları açıqlanıb. Hadisə bu gün səhər saatlarında Gəncə şəhərində baş verib.
QOL.az matc.az saytına istinadən xəbər verir ki, futbolçu Müseyib Bağırov küçəsində iki nəfər arasında yaranan əlbəyaxa davanın şahidi olub. Mübahisəyə müdaxilə edərək tərəfləri ayırmaq istəyən Veysəl Rzayev bu zaman bıçaq xəsarəti alıb.
Qeyd edək ki, faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırmalara başlanılıb.
Futbolçu Gəncədə 3 saylı xəstəxanada reanimasiya şöbəsindədir, ona ilkin tibbi yardım göstərilib. Vəziyyətinin stabil olduğu bildirilir.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.