“Kəpəz”in futbolçusu Veysel Rzayevin bıçaqlanma səbəbi məlum olub.
Busaat.az xəbər verir ki, hadisə səhər saatlarında Gəncə şəhərində – Müseyib Bağırov küçəsində baş verib
O, iki nəfər arasında yaranan əlbəyaxa davanın şahidi olub.
Mübahisəyə müdaxilə edərək tərəfləri ayırmaq istəyən Veysəl Rzayev bu zaman bıçaq xəsarəti alıb.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırmalara başlanılıb.
Futbolçu Gəncədə 3 saylı xəstəxanada reanimasiya şöbəsindədir, ona ilkin tibbi yardım göstərilib.
Vəziyyətinin stabil olduğu bildirilir.
(matc.az)