Fransız hücumçu Kərim Benzema Səudiyyə Ərəbistanının “Əl-Hilal” futbol klubu ilə müqavilə imzalayıb.
Publika.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
38 yaşlı futbolçu ilə bağlanan müqavilənin müddəti açıqlanmayıb.
Benzema 2023–2025-ci illərdə “Əl-İttihad”da çıxış edib və Səudiyyə Ərəbistanı çempionu olub. Yanvarın 29-da maaşın azaldılması səbəbindən klubla yollarını ayırıb.