AZ

“Qızıl top”un sahibi Benzema “Əl-Hilal” klubunda

Fransız hücumçu Kərim Benzema Səudiyyə Ərəbistanının “Əl-Hilal” futbol klubu ilə müqavilə imzalayıb.

Publika.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

38 yaşlı futbolçu ilə bağlanan müqavilənin müddəti açıqlanmayıb.

Benzema 2023–2025-ci illərdə “Əl-İttihad”da çıxış edib və Səudiyyə Ərəbistanı çempionu olub. Yanvarın 29-da maaşın azaldılması səbəbindən klubla yollarını ayırıb.

Seçilən
6
3
publika.az

4Mənbələr