EN

Göyçayda avtomobil elektrik dirəklərini aşırdı, üç kənd işıqsız qaldı

Göyçayda avtomobil elektrik dirəklərini aşırıb.

"Yeni Sabah" "Report"a istinadən xəbər verir ki, hadisə Qarabaqqal kəndində qeydə alınıb.

Belə ki, "Hyundai" markalı avtomobil həmin istiqamətdə hərəkətdə olarkən idarəetmədən çıxıb. Nəticədə maşın yol kənarındakı yüksəkgərginlikli elektrik dirəklərinə çırpılıb.

Qəza nəticəsində 10 kv-luq 3 ədəd yüksəkgərginlikli elektrik dirəyi sıradan çıxıb, Hacalıkənd, Qarabaqqal və Bığır kəndlərinin bir hissəsində elektrik enerjisinin verilişində fasilələr yaranıb.

Əraziyə aidiyyəti qurumun və Göyçay Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları cəlb olunublar. Hazırda aşmış dirəklər yeniləri ilə əvəz olunur.

Hadisənin başvermə səbəbləri araşdırılır.


Telegram kanalımız
Chosen
19
7
yenisabah.az

9Sources