Göyçayda avtomobil elektrik dirəklərini aşırıb.
Publika.az Report-a istinadən xəbər verir ki, hadisə Qarabaqqal kəndində qeydə alınıb.
Belə ki, "Hyundai" markalı avtomobil həmin istiqamətdə hərəkətdə olarkən idarəetmədən çıxıb. Nəticədə avtomobil yol kənarındakı yüksək gərginlikli elektrik dirəklərinə çırpılıb.
Qəza nəticəsində 10 kv-luq 3 ədəd yüksək gərginlikli elektrik dirəyi sıradan çıxıb, Hacalıkənd, Qarabaqqal və Bığır kəndlərinin bir hissəsində elektrik enerjisinin verilişində fasilələr yaranıb.