EN

Bakıda yeniyetmə qız atasını bıçaqladı - Şok səbəb

Bakının Nizami rayonunda ailə məişət zəminində bıçaqlanma hadisəsi baş verib.
"BUTA TV" "Teleqraf"a istinadən xəbər verir ki, hadisə rayonun İsmayıl Məmmədov küçəsində yerləşən mənzildə qeydə alınıb. 1977-ci il təvəllüdlü Rüfət Arif oğlu Haşımov mübahisə zamanı həyat yoldaşını döyüb. Bunu görən onların 15 yaşlı qızı bıçaqla R.Haşımova xəsarət yetirib. Yaralı döş qəfəsinin kəsilmiş deşilmiş xəsarəti ilə Sabunçu Tibb Mərkəzinə yerləşdirilib. R.Haşımov cərrahi əməliyyat edilib.

Fakt üzrə Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Bölməsinin əməkdaşları araşdırma aparırlar.

Chosen
16
28
buta.tv

10Sources