AZ

Bakıda 15 yaşlı qız bıçaqla atasına xəsarət yetirib

ain.az bildirir, Apa.az saytına əsaslanaraq.

Bakının Nizami rayonunda ailə məişət zəminində bıçaqlanma hadisəsi baş verib.

APA-nın əldə etdiyi məlumata görə, hadisə rayonun İsmayıl Məmmədov küçəsində yerləşən mənzildə qeydə alınıb.

Zərərçəkənin anası hadisənin başqa bir şəxs tərəfindən törədildiyini bildirsə də DİN-dən sorğumuza cavab olaraq bildirilib ki, 1977-ci il təvəllüdlü Haşımov Rüfət Arif oğlu mübahisə zamanı həyat yoldaşını döyüb.

Bunu görən onların 15 yaşlı qızı bıçaqla Rüfət Haşımova xəsarəti yetirib. Yaralı döş qəfəsinin kəsilmiş deşilmiş xəsarəti ilə Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.

Rüfət Haşımov cərrahi əməliyyat edilib. Fakt üzrə Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Bölməsinin əməkdaşları araşdırma aparır.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
18
28
apa.az

10Mənbələr