Rusiyalı aktyoru Nikolay Tkaçenko "xüsusi hərbi əməliyyat" bölgəsində həlak olub. Onun ölümü ilə bağlı məlumat Kino-teatr.ru saytında dərc edilib.
Ölkə.Az-ın məlumatına görə, ölümünün dəqiq tarixi göstərilməyib. Onun 2026-cı ilin yanvar ayında vəfat etdiyi bildirilir. O, 36 yaşında idi.
"SHOT" bildirib ki, Nikolay 2025-ci ilin dekabrında cəbhədə vəfat edib. Tkaçenko könüllü olaraq orduya qoşulub. O, birbaşa cəbhə xəttində xidmət edib.
Tkaçenko 1 sentyabr 1989-cu ildə Puşkinoda anadan olub. Boris Şukin adına Teatr İnstitutunu bitirib. 2021-ci ildən bəri Müasir Dram Teatrında xidmət edir.
Aktyor 19 film layihəsində çalışıb. Onların arasında "Qalya, bizdə ləğv oldu!", "Saşa Tanya", "Univer. 10 il sonra" və "Restoran by Concepts" serialları var.