AZ

Rus aktyor müharibədə həlak olub

Rusiyalı aktyoru Nikolay Tkaçenko "xüsusi hərbi əməliyyat" bölgəsində həlak olub. Onun ölümü ilə bağlı məlumat Kino-teatr.ru saytında dərc edilib.

Ölkə.Az-ın məlumatına görə, ölümünün dəqiq tarixi göstərilməyib. Onun 2026-cı ilin yanvar ayında vəfat etdiyi bildirilir. O, 36 yaşında idi.

"SHOT" bildirib ki, Nikolay 2025-ci ilin dekabrında cəbhədə vəfat edib. Tkaçenko könüllü olaraq orduya qoşulub. O, birbaşa cəbhə xəttində xidmət edib.

Tkaçenko 1 sentyabr 1989-cu ildə Puşkinoda anadan olub. Boris Şukin adına Teatr İnstitutunu bitirib. 2021-ci ildən bəri Müasir Dram Teatrında xidmət edir.

Aktyor 19 film layihəsində çalışıb. Onların arasında "Qalya, bizdə ləğv oldu!", "Saşa Tanya", "Univer. 10 il sonra" və "Restoran by Concepts" serialları var.

Seçilən
32
olke.az

1Mənbələr