EN

MM emal edilməmiş almazların rəy olmadan idxalı və ixracına görə cərimələri ilk oxunuşda qəbul edib

Milli Məclis emal edilməmiş almazların rəy olmadan idxalı və ixracına görə cərimələri ilk oxunuşda qəbul edib.

Aznews.az xəbər verir ki, bununla bağlı Gömrük və İnzibati Xətalar Məcəllələrinə, o cümlədən "Qiymətli metallar və qiymətli daşlar haqqında" qanuna təklif edilən dəyişikliklər parlamentin yaz sessiyasının bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.

Layihəyə əsasən, emal edilməmiş almazların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəyi olmadan idxalı və ixracına görə fiziki şəxslər 550 manatdan 750 manatadək cərimə ediləcəklər.

Sənədə əsasən, eyni inzibati xəta üzrə vəzifəli şəxslər üçün 1 000 manatdan 2 000 manatadək məbləğdə, hüquqi şəxslər üçün isə 1 500 manatdan 2 500 manatadək məbləğdə cərimə müəyyən edilir.

Bundan başqa həmin qanuna təklif edilən dəyişikliklərə əsasən, Azərbaycanda emal edilməmiş almazın idxalı, ixracı, istifadəsi, dövriyyəsi, uçotu və saxlanılması, o cümlədən izlənməsi sahəsində dövlət nəzarəti mexanizmi yaradılır.

Layihəyə əsasən, qanunvericiliyə "emal edilməmiş almazlar" anlayışı əlavə edilir. Bu, müvafiq olaraq "işlənməmiş və ya sadəcə yonulmuş, parçalanmış və ya qırılmış və xarici iqtisadi fəaliyyətin nomenklaturasının kodları mal üzrə siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunan qiymətli daşlar" - şəklində təsnif edilir.

Chosen
166
11
aznews.az

10Sources