EN

Gəncədə kanalizasiya təmiri zamanı PARTLAYIŞ - 3 nəfər yaralandı

Gəncədə kanalizasiya xəttinin təmiri zamanı partlayış olub.


Manset.az APA-ya istinadən xəbər verir ki, şəhər ərazisində kanalizasiya quyusunun üzərində qaynaq işləri aparılan zaman qaynaq qığılcımları kanalizasiya borusuna düşüb və partlayış baş verib. Nəticədə 1984-cü il təvəllüdlü A.Zamanov, 1968-cı il təvəllüdlü Ə.Paşayev və daha bir nəfər xəsarət alıb. Onlar xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə müvafiq qurumların əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Chosen
2
10
manset.az

10Sources