EN

Milli Məclis Beynəlxalq Əmək Təşkilatının Konvensiyasını ratifikasiya edib

Bakı. Trend:

Milli Məclis Beynəlxalq Əmək Təşkilatının Konvensiyasınıratifikasiya edəcək.

Trend-inməlumatına görə, bununla bağlı məsələ Milli Məclisin bugünkü plenariclasında müzakirə edilib.

Bildirilib ki, “Əməyin Təhlükəsizliyi və Gigiyenasının TəşviqEdilməsinin Əsasları haqqında” 187 nömrəli Konvensiya 2006-cı iliyunun 15-də Cenevrə şəhərində qəbul edilib.

Sənəd Preambula və 14 maddədən ibarətdir.

Bu Konvensiyanı ratifikasiya edən hər bir üzv istehsalatda əməkxəsarətlərinin, peşə xəstəliklərinin və bununla bağlı ölümhallarının qarşısının alınması üçün işəgötürənlərin və işçilərin ənçox təmsil olunduğu təşkilatlar ilə məsləhətləşmələr əsasında millisiyasət, milli sistem və milli proqramları hazırlamaqla əməyintəhlükəsizliyi və gigiyenasının davamlı olaraq təkmilləşdirilməsinitəşviq edir və Beynəlxalq Əmək Təşkilatının (BƏT) sənədlərindəmüəyyən edilmiş prinsipləri nəzərə almaqla əməyin təhlükəsizliyi vəgigiyenasına dair milli sistem və milli proqramlar vasitəsilə fəaltədbirlər görür.

Hər bir üzv işəgötürənlərin və işçilərin ən çox təmsil olunduğutəşkilatlarla məsləhətləşmələr əsasında əməyin təhlükəsizliyi vəgigiyenasına dair milli sistem yaradır, saxlanılmasını təmin edir,tədricən inkişaf etdirir və vaxtaşırı nəzərdən keçirir, o cümlədənəməyin təhlükəsizliyi və gigiyenasına dair milli proqramı işləyibhazırlayır, həyata keçirir, monitorinq edir, qiymətləndirir vədövri olaraq nəzərdən keçirir. Milli proqram geniş şəkildəictimaiyyətə çatdırılır və mümkün olduğu qədər ali milli hakimiyyətorqanları tərəfindən təsdiq edildikdən sonra qüvvəyə minir.

Hər bir üzv milli siyasətini formalaşdırmaqla təhlükəsiz vəsağlam istehsalat mühitini təşviq edir.

Beynəlxalq Əmək Təşkilatının "Əməyin Təhlükəsizliyi vəGigiyenasının Təşviq Edilməsinin Əsasları haqqında" 187 nömrəliKonvensiyasının təsdiq edilməsi barədə qanun layihəsimüzakirələrdən sonra səsverməyə çıxarılaraq biroxunuşda qəbul edilib.

Chosen
9
2
az.trend.az

3Sources