Bakıda ağır yol qəzası baş verib.
Publika.az xəbər verir ki, qəza zamanı iki avtomobil toqquşub.
Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib ki, sürət, hərəkətə başlama və manevretmə qaydalarının pozulmasının nəticəsi qəzadır.
“Son anda qəzadan yayınmaq isə ya olmur, ya da faydasız olur. Sürücülər bilməlidir ki, “Yol hərəkəti haqqında” qanunun 42-ci maddəsi sürücüdən hərəkətə başlamazdan əvvəl edilən manevrin təhlükəsiz olmasını və hərəkətin digər iştirakçıları üçün maneə yaradılmamasını tələb edir.
Sürücülər də yaxşı bilirlər ki, sürətlə nəqliyyat vasitəsini idarə etmək ölüm və xəsarətlə nəticələnə bilər.