AZ

NİİM: Qayda pozuntularının nəticəsi ağır olur 

Sürət, hərəkətə başlama və manevretmə qaydalarının pozulmasının nəticəsi qəzadır. Son anda qəzadan yayınmaq isə ya olmur, ya da faydasız olur. Sürücülər bilməlidirlər ki, “Yol hərəkəti haqqında” Qanunun 42-ci maddəsi sürücüdən hərəkətə başlamazdan əvvəl edilən manevrin təhlükəsiz olmasını və hərəkətin digər iştirakçıları üçün maneə yaradılmamasını tələb edir.

Bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) məlumatında deyilir.

“Sürücülər də yaxşı bilirlər ki, sürətlə nəqliyyat vasitəsini idarə etmək ölüm və xəsarətlə nəticələnə bilər. Ona görə də sürücülərin həmin halları nəzərə almaları tövsiyə edilir. Əks halda nəticələr ağır və qaçılmaz olacaq”,- deyə məlumatda bildirilir.

Seçilən
2
14
azerbaijan-news.az

10Mənbələr