EN

Azərbaycanın Sülh Şurasına qoşulması ölkənin qlobal söz sahibinə çevrildiyini göstərir - Azər Qarayev

Bakı. Trend:

2026-cı il yanvarın 22-də Davosda “Sülh ŞurasınınNizamnaməsi”nin imzalanması qlobal siyasətin yeni arxitekturasındamühüm bir mərhələ kimi qiymətləndirilir. Bu sənədə AzərbaycanRespublikasının Prezidenti İlham Əliyevin də imza atması ölkəninbeynəlxalq münasibətlər sistemində artan çəkisinin, etibarlıtərəfdaş imicinin və regional aktordan qlobal oyunçuya doğruirəliləyən rolunun növbəti təsdiqidir. Bu addım Azərbaycanın qlobalsöz sahibinə çevrildiyini göstərir.

Bunu Trend-əaçıqlamasında politoloq Azər Qarayev deyib.

"Sülh Şurası təşəbbüsü dünyanın müxtəlif bölgələrindən olandövlətləri, siyasi liderləri və strateji tərəfdaşları birplatformada birləşdirərək qlobal təhlükəsizlik, münaqişələrinqarşısının alınması və siyasi dialoqun təşviqi məqsədi daşıyır.Müasir dünyada müharibələr, regional böhranlar, enerji və nəqliyyatmarşrutları ətrafında gərginliklər fonunda belə bir platformanınyaradılması obyektiv zərurətdən doğur. Bu qurum klassik beynəlxalqtəşkilatlardan fərqli olaraq, çevik qərarvermə, siyasi etimad vəqarşılıqlı öhdəliklər üzərində qurulub. Yəni burada əsas məsələtəkcə formal üzvlük deyil, qarşılıqlı etibara əsaslanan stratejitərəfdaşlıqdır. Məhz bu kontekstdə Azərbaycanın Sülh Şurasına daxilolması xüsusi əhəmiyyət daşıyır", - o bildirib.

Onun sözlərinə görə, son 20 ildə Azərbaycan xarici siyasətdənadir hallarda rast gəlinən balanslı və proqnozlaşdırıla bilən xəttyürüdüb. Rəsmi Bakı eyni zamanda Avropa İttifaqı, ABŞ, Rusiya, Çin,İslam dünyası və Türk dövlətləri ilə əməkdaşlığı paralel şəkildəinkişaf etdirə bilib. Bu, böyük güclər arasında rəqabətinkəskinləşdiyi bir dövrdə çox az ölkəyə nəsib olan diplomatikbacarıqdır.

"Birincisi, enerji sahəsində öhdəliklərinə sadiqlik. AzərbaycanAvropanın enerji təhlükəsizliyində mühüm rol oynayan ölkəyəçevrilib. Cənub Qaz Dəhlizi layihəsi, TANAP və TAP kimi nəhənginfrastruktur layihələri Azərbaycanın verdiyi sözə əməl edəntərəfdaş olduğunu sübut edib. İkincisi, tranzit və nəqliyyatsahəsində etibarlılıq. Bakı-Tbilisi-Qars dəmir yolu, Orta Dəhliz,Bakı limanı və Xəzər üzərindən keçən yük marşrutları Azərbaycanınqlobal logistika zəncirində mühüm həlqə olduğunu göstərir.Üçüncüsü, təhlükəsizlik və regional sabitlik məsələlərindəardıcıllıq. Azərbaycan 44 günlük müharibədən sonra regionda yenireallıq yaradaraq sülh gündəliyini önə çəkib. İndi Bakımünaqişələrdən deyil, kommunikasiyaların açılmasından vəəməkdaşlıqdan danışan paytaxta çevrilir. Azərbaycan artıq təkcə BMTvə Qoşulmama Hərəkatı kimi klassik platformalarda deyil, yeniyaranan və gələcəyi formalaşdıran beynəlxalq təşəbbüslərdə də aktivrol alır. Qoşulmama Hərəkatına sədrliyi dövründə Bakı bu qurumufaktiki olaraq yenidən canlandırdı, onu qlobal problemlərinmüzakirə edildiyi real platformaya çevirdi. Pandemiya dövründəAzərbaycanın təşəbbüsü ilə keçirilən beynəlxalq zirvə toplantıları,inkişaf etməkdə olan ölkələrə humanitar yardım göstərilməsi vəədalətli qlobal paylanma çağırışları Bakının qlobal məsuliyyəthissini nümayiş etdirdi. Sülh Şurasına qoşulmaq da bu xəttinməntiqi davamıdır. Azərbaycan artıq qlobal proseslərinformalaşmasına təsir göstərən ölkədir", - o bildirib.

Politoloq qeyd edib ki, Azərbaycanın Sülh Şurasına daxil olmasıregion üçün də yeni imkanlar açır.

"Cənubi Qafqaz uzun illər münaqişə və qeyri-sabitlik məkanı kimitanınıb. İndi isə Azərbaycan bu regionu əməkdaşlıq, nəqliyyat,enerji və sülh zonası kimi təqdim edir. Sülh Şurasındakı iştirakBakıya regional təşəbbüslərini qlobal platformada daha effektivşəkildə irəli sürmək imkanı verir. Zəngəzur dəhlizi, Orta Dəhliz vəQara dəniz-Xəzər bağlantıları artıq təkcə regional layihələr deyil,beynəlxalq gündəliyin bir hissəsidir. Bundan əlavə, bu addımAzərbaycanın müstəqil siyasət yürüdən ölkə statusunu daha damöhkəmləndirir. Bakı heç bir blokun forpostu deyil, amma bütün əsasgüc mərkəzləri üçün etibarlı tərəfdaşdır. Beynəlxalq siyasətdə ənqiymətli kapital etibardır. Azərbaycan məhz bu kapitalı illərərzində formalaşdırıb. Bakının mövqeləri sərt ritorikadan çoxpraqmatizmə, emosiyadan çox hesablanmış qərarlara əsaslanır. Bu isəonu proqnozlaşdırılan tərəfdaş edir", - o bildirib.

A.Qarayev vurğulayıb ki, Sülh Şurası kimi platformalar məhz beləölkələrə ehtiyac duyur - sözünün arxasında duran, daxili sabitliyitəmin edən və xarici siyasətdə məsuliyyətli davranandövlətlərə.

"Azərbaycanın “Sülh Şurasının Nizamnaməsi”nə imza atması sadəcəbir diplomatik hadisə deyil. Bu, ölkənin beynəlxalq sistemdəqazandığı etimadın, nüfuzun və strateji çəkisinin rəsmi təsdiqidir.Azərbaycan artıq təkcə regional lider deyil, qlobal sülh vətəhlükəsizlik arxitekturasının formalaşmasında iştirak edənaktordur. Davosda atılan bu imza Bakının gələcəkdə daha böyükdiplomatik, siyasi və iqtisadi platformalarda söz sahibi olacağınınxəbərçisidir. Sülh Şurasında Azərbaycan kimi etibarlı tərəfdaşınyer alması isə bu qurumun özünün də gələcək effektivliyini artıranəsas amillərdən biri olacaq", - politoloq əlavə edib.

Məqalədə:
Chosen
11
1
az.trend.az

2Sources