EN

Azərbaycan seçkilərə qədər Ermənistanla sülh müqaviləsini imzalaya bilər - Qüdrət Həsənquliyev

“Ermənistanda növbəti seçkilərə yəni bu ilin iyun ayına qədər biz sülh müqaviləsini imzalaya bilərik”.

Aznews.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Qüdrət Həsənquliyev deyib.

Deputat bildirib ki, bunun üçün Ermənistan yeni Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiası olmayacağını öhdəlik kimi götürərsə, biz buna gedə bilərik: “Bizim qanunvericiliklə Ermənistanla bizim aramızda olan savaş Vətən müharibəsi kimi tanınır. Ona görə də Konstitusiyaya görə, sülh sazişinin imzalanması üçün Milli Məclisin razılığı lazımdır. Keçən ilin avqust ayında sülh sazişi paraflanıb. Sülh sazişinin parlamentdə müzakirəsinə ehtiyac var. Təklif edirəm ki, bu yaz sessiyasının iş planına daxil edilsin".

Deputat qeyd edib ki, hazırda Ermənistana Azərbaycan üzərindən yüklər daşınır.

Chosen
27
9
aznews.az

10Sources