Deputat qeyd edib ki, hazırda Ermənistana Azərbaycan üzərindən yüklər daşınır: "Azərbaycan Ermənistana yanacaq satır. Əgər Ermənistana yüklər Azərbaycan üzərindən daşınırsa, hesab edirəm Azərbaycana da Ermənistan üzərindən yüklər daşına bilər. Ermənistanla olan dəmiryolu xəttini, o cümlədən Sədərəkdən İrəvana gedən dəmiryolu xəttini biz bərpa etdirə bilərik. Hazırda Türkiyə ilə Ermənistan arasında da mart ayına qədər yolların açılması məsələsi müzakirə edilir. Naxçıvanın sürətli inkişafı üçün Naxçıvana dəmiryolu ilə yüklər daşınmalıdır, biz də Ermənistan üzərindən Naxçıvana yüklər daşımalıyıq. Düşünürəm hökumət bu istiqamətdə müəyyən addımlar atmalıdır".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31