EN

Bakının bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranıb

Bakının Binəqədi rayonunun bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranıb.

 

Bu barədə "Azərişıq" ASC məlumat yayıb.

 

Biləcəri Enerji Təchizatı və Satışı İdarəsinin (ETSİ) ərazisində bir sıra 6 kV-luq hava xətlərində təmir işləri aparılır. Bununla əlaqədar olaraq saat 14:00-dək Xocəsən qəsəbəsi və Motodrom yaşayış massivi, saat 15:00-dək Binəqədi kəndi, Bakıxanov, G. Rüstəmov küçələri, eləcə də bu ünvanlara yaxın ərazidə yerləşən yeni yaşayış sahəsində elektrik enerjisinin verilişində fasilə yaranacaq.

 

Təmir işləri başa çatdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Tarix: 2 Fevral 2026, 11:50   
Chosen
12
15
pravda.az

10Sources