AZ

Bu ərazilərdə işıq yoxdur

Biləcəri Enerji Təchizatı və Satışı İdarəsininə daxil olan bəzi ərazilərdə elektrik enerjisinin verilişində fasilə yaranacaq.

"Cebheinfo.az" xəbər verir ki, bununla bağlı “Azərişıq” ASC məlumat yayıb.

Bildirilib ki, bu gün Biləcəri ETSİ-nin ərazisində bir sıra 6 kV-luq hava xətlərində təmir işləri aparılacaq.

Bununla əlaqədar olaraq saat 11:30-dan 14:00-dək Xocəsən qəsəbəsi və Motodrom yaşayış massivi, saat 11:30-dan 15:00-dək Binəqədi kəndi, Bakıxanov, G. Rüstəmov küçələri, eləcə də bu ünvanlara yaxın ərazidə yerləşən yeni yaşayış sahəsində elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Təmir işləri başa çatdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

"Cebheinfo.az"

Seçilən
7
23
cebheinfo.az

10Mənbələr