Bərdədə yanğın hadisəsi baş verib.
Məlumatla əlaqədar hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri, o cümlədən 2 yanğınsöndürən avtomobil cəlb olunub. Yanğın genişlənməsinə imkan verilmədən və fərdi yaşayış evlərinə keçmədən söndürülüb.
Yanğının başvermə səbəbləri araşdırılır.