AZ

Bərdədə yaşayış evlərinə yaxın ərazidə ağaclar yanıb

Bərdədə yanğın hadisəsi baş verib.

Ekologiya.az APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Darğalar kəndində qeydə alınıb. Fərdi yaşayış evlərinə yaxın ərazidə kol-kos və ağaclar yanıb.

Məlumatla əlaqədar hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri, o cümlədən 2 yanğınsöndürən avtomobil cəlb olunub. Yanğın genişlənməsinə imkan verilmədən və fərdi yaşayış evlərinə keçmədən söndürülüb.

 
Yanğının başvermə səbəbləri araşdırılır.

Seçilən
3
2
ekologiya.az

3Mənbələr