Azvision saytına istinadən ain.az xəbər verir.
Yaponiyanın "The Mainichi Shimbun" qəzeti öz mənbələrinə istinadən yazır ki, bu dinamika həmin şəhərlərdə doğum nisbətinin azalması ilə əlaqədardır. Ən kəskin göstərici ölkənin cənub-qərbində yerləşən Kitakyuşuda qeydə alınıb: şəhərin sakinləri son 10 ildə 6,5% azalaraq 910 min nəfərə düşüb. Siyahıda ikinci yeri isə Şizuoka şəhəri tutur: burada əhalinin 6% azalaraq 670 mində qərarlaşıb: Qəzet vurğulayır ki, Yaponiyada 2050-ci ilədək əhalinin seyrəldiyi böyük şəhərlərin sayı 18-ə çatacaq. Şəhər rəhbərlikləri bu tendensiyanın qarşısını almaq məqsədilə ətraf ərazilərdən müxtəlif vədlərlə gənc əhali yığmağa çalışır. Yalnız Fukuoka və Kavasakinin öz əhalisini qoruyub saxlayacağı gözlənilir: "Orta və kiçik şəhərlərdəki vəziyyət daha da acınacaqlıdır. 2015-ci ildən bəri 62 belə şəhərdən 52-sində (84%) əhalinin sürətlə azalır". Firudin Həmidli
AzVision.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.