AZ

Yaponiyanın əhalisi sürətlə azalır

Yaponiyanın "The Mainichi Shimbun" qəzeti öz mənbələrinə istinadənyazırki, bu dinamika həmin şəhərlərdə doğum nisbətinin azalması ilə əlaqədardır. Ən kəskin göstərici ölkənin cənub-qərbində yerləşən Kitakyuşuda qeydə alınıb: şəhərin sakinləri son 10 ildə 6,5% azalaraq 910 min nəfərə düşüb. Siyahıda ikinci yeri isə Şizuoka şəhəri tutur: burada əhalinin 6% azalaraq 670 mində qərarlaşıb:

Qəzet vurğulayır ki, Yaponiyada 2050-ci ilədək əhalinin seyrəldiyi böyük şəhərlərin sayı 18-ə çatacaq. Şəhər rəhbərlikləri bu tendensiyanın qarşısını almaq məqsədilə ətraf ərazilərdən müxtəlif vədlərlə gənc əhali yığmağa çalışır. Yalnız Fukuoka və Kavasakinin öz əhalisini qoruyub saxlayacağı gözlənilir:

"Orta və kiçik şəhərlərdəki vəziyyət daha da acınacaqlıdır. 2015-ci ildən bəri 62 belə şəhərdən 52-sində (84%) əhalinin sürətlə azalır".

Firudin Həmidli
AzVision.az
Seçilən
14
2
azvision.az

3Mənbələr