EN

Bakı-Quba magistralında ağır qəza - bacı-qardaş ölüb

Bakı–Quba avtomobil magistralında ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Hakimiyyet.az "Report"a istinadla xəbər verir ki, magistralın Sumqayıt şəhəri ərazisindən - Hacı Zeynalabdin qəsəbəsindən keçən hissəsində iki avtomobil toqquşub.

Qəza zamanı 2001-ci il təvəllüdlü Mirzəyev Ramal Cəmaləddin oğlu və bacısı - 2006-cı il təvəllüdlü Mirzəyeva Səma Cəmaləddin qızı hadisə yerində həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.

Chosen
36
17
hakimiyyet.az

10Sources