AZ

Bakı-Quba yolunda FACİƏ: Bacı-qardaş həlak oldu

Bakı–Quba avtomobil magistralında ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.

“Yeni Sabah” "Report"a istinadla məlumat verir ki, magistralın Sumqayıt şəhəri ərazisindən - Hacı Zeynalabdin qəsəbəsindən keçən hissəsində iki avtomobil toqquşub.

Qəza zamanı 2001-ci il təvəllüdlü Mirzəyev Ramal Cəmaləddin oğlu və bacısı - 2006-cı il təvəllüdlü Mirzəyeva Səma Cəmaləddin qızı hadisə yerində həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Seçilən
20
17
yenisabah.az

10Mənbələr