Bakı. Trend:
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə taxıl yüklüvaqonlar göndərilib.
Trend-in məlumatına görə, bu gün Azərbaycan ərazisindən keçməkləümumi çəkisi 1 746 ton olan 25 ədəd taxıl vaqonu ErmənistanRespublikasına yola salınıb.
Qeyd edək ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycanvasitəsilə tranzit keçməklə ümumilikdə 285 taxıl vaqonu (təxminən19 900 ton) göndərilib.