Fevralın 1-də Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana növbəti yük göndərilib.
Xezerxeber.az xəbər verir ki, bu dəfə ümumi çəkisi 1746 ton olan 25 ədəd taxıl yüklü vaqon Biləcəri Dəmiryol Stansiyasından yola salınıb.
Qatar Böyük Kəsik stansiyasından keçməklə Gürcüstana, daha sonra Ermənistana daxil olacaq.
Qeyd edək ki, indiyə qədər Rusiyadan Ermənistana Azərbaycan ərazisindən tranzit keçməklə 285 taxıl vaqonu (19 min 900 tona yaxın taxıl) göndərilib.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.