Fevralın 1-i səhər saatlarında Günəşdə M sinfinə məxsus üç partlayış qeydə alınıb.
Publika.az xəbər verir ki, bu barədə TASS-a Rusiya Tətbiqi Geofizika İnstitutundan məlumat verilib.
"Fevralın 1-də Moskva vaxtı ilə saat 5:05-də (Bakı vaxtı ilə saat 6:05-də) 4366 (N11E47) Günəş ləkəsi qrupunda rentgen diapazonunda 20 dəqiqə davam edən M1.7 partlayışı baş verib", - deyə məlumatda bildirilib.
Bundan əlavə M sinfindən daha iki partlayış (M1.0 və M1.9) qeydə alınıb və onlar müvafiq olaraq 19 və 27 dəqiqə davam ediblər.