ain.az, Azvision portalına istinadən məlumat verir.
AzVision.az xəbər verir ki, bu barədə TASS-a Rusiya Tətbiqi Geofizika İnstitutundan məlumat verilib. "Fevralın 1-də Moskva vaxtı ilə saat 5:05-də (Bakı vaxtı ilə saat 6:05-də) 4366 (N11E47) Günəş ləkəsi qrupunda rentgen diapazonunda 20 dəqiqə davam edən M1.7 partlayışı baş verib", - deyə məlumatda bildirilib. Bundan əlavə M sinfindən daha iki partlayış (M1.0 və M1.9) qeydə alınıb və onlar müvafiq olaraq 19 və 27 dəqiqə davam ediblər. Qeyd edək ki, Günəşdə partlayışlar rentgen şüalanmasının gücündən asılı olaraq beş sinfə bölünür: A, B, C, M və X. AzVision.az Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.