EN

ABŞ-ın İrana qarşı istənilən təcavüzü regional münaqişəyə çevriləcək - Xamenei

ABŞ-ın İrana qarşı hərbi təcavüzü yalnız iki ölkə arasında müharibə ilə məhdudlaşmayacaq, regional miqyaslı genişmiqyaslı münaqişəyə çevriləcək.

Aznews.az Tasnim agentliyinə istinadən xəbər verir ki, bu barədə İran İslam Respublikasının ali rəhbəri Əli Xamenei bəyan edib.

Agentliyik onun sözlərindən sitat gətirib: “Amerikalılar bilməlidirlər, əgər onlar müharibəyə başlasalar, bu dəfə bu müharibə regional səviyyədə olacaq”.

O əlavə edib ki, İran xalqı ABŞ prezidenti Donald Trampın Yaxın Şərqə böyük həcmdə silah göndərilməsi ilə bağlı bəyanatlarından qorxmamalıdır. “Biz müharibələrə başlamırıq və heç bir ölkəyə hücum etmək niyyətində deyilik. Lakin İrana hücum edən və zərər yetirən hər kəsə İran xalqı sərt cavab verəcək”, – deyə İran lideri vurğulayıb.

Chosen
14
12
aznews.az

10Sources