AZ

Xamenei: ABŞ-nin İrana qarşı hərbi təcavüzü genişmiqyaslı münaqişəyə çevriləcək

ABŞ-nin İrana qarşı hərbi təcavüzü yalnız iki ölkə arasında müharibə ilə məhdudlaşmayacaq, regional miqyaslı genişmiqyaslı münaqişəyə çevriləcək.

Xezerxeber.az "Tasnim" agentliyinə istinadən xəbər verir ki, bu barədə İran İslam Respublikasının ali rəhbəri Əli Xamenei bəyan edib.  
 “Amerikalılar bilməlidirlər, əgər onlar müharibəyə başlasalar, bu dəfə bu müharibə regional səviyyədə olacaq”, - Xamenei deyib.

O əlavə edib ki, İran xalqı ABŞ Prezidenti Donald Trampın Yaxın Şərqə böyük həcmdə silah göndərilməsi ilə bağlı bəyanatlarından qorxmamalıdır. “Biz müharibələrə başlamırıq və heç bir ölkəyə hücum etmək niyyətində deyilik. Lakin İrana hücum edən və zərər yetirən hər kəsə İran xalqı sərt cavab verəcək”, – deyə İran lideri vurğulayıb.

Qeyd edək ki, yanvarın 26-da ABŞ Prezidenti Donald Tramp “nəhəng bir armadanın” İran istiqamətində hərəkət etdiyini bəyan edib. O, Tehranın danışıqlar masasına əyləşəcəyinə və nüvə silahından tam imtinanı nəzərdə tutan “ədalətli və bərabərhüquqlu” saziş imzalayacağına ümid etdiyini bildirib. ABŞ lideri xatırladıb ki, ötən ilin iyununda ABŞ İran İslam Respublikasının nüvə obyektlərinə zərbələr endirib və bu əməliyyat “Gecəyarısı çəkici” adlandırılıb. Tramp xəbərdarlıq edib ki, “növbəti hücum daha da ağır olacaq” və “buna yol verilməməsinə” çağırıb.

Seçilən
13
12
xezerxeber.az

10Mənbələr