EN

“Neftçi”nin baş məşqçisi imtina etməyi lazım bildi - SON DƏQİQƏ XƏBƏRİ

Bu gün Misli Premyer Liqasında 18-ci tura yekun vurulacaq.

"Araz-Naxçıvan" Mərdəkanda "Neftçi"ni qəbul edəcək.

Qarşılaşma saat 16:00-da başlayacaq.

Bu, iki ukraynalı baş məşqçinin dueli kimi tarixə yaxılacaq. Bir ay fərqlə Azəraycanda çalışmağa başlayan iki mütəxəssis ilk dəfə üz-uz gələcək.

"Ağ-qaralar"ın sükançısı Yuri Vernidub Andrey Demçenkoya sürpriz hazırlayıb.

Aldığımız məlumata görə, Vernidub bundan sonrakı oyunlarda fərqli-fərqli taktikalardan istifadə edəcək.

"Zirə" ilə qolsuz bitən ötən qarşılaşmanın analizini aparan təcrübəli mütəxəssis öz qənaətini köməkçiləri və klub funksionerləri ilə bölüşüb.

Bildirib ki, sərəncamındakı heyətlə dominant futbol nümayiş etdirmək qeyri-mümkündür.

O, Samir Abasovun düzgün seleksiya işi aparmadığını, bu üzdən balansın təmin olunmadığını söyləyib,

Əvvəlki komandalarında hücum oyununa üstünluk verdiyini xatırladan mütəxəssis qeyd edib ki, "Neftçi"nin kadr ehtiyatı "bir nömrə" kimi çıxış etməyə imkan vermir.

Vernidub rəqiblərin oyun stilinə uyğun taktika seçmək məcburiyyətində qaldığını diqqətə çatdırıb.

SPORTİNFO.AZ

Chosen
16
2
sportinfo.az

3Sources