EN

Kürdəmirdə yol qəzası olub, piyada yaralanıb

Kürdəmirdə yol qəzası olub, piyada xəsarət alıb. 

Bakıvaxtı.az xəbər verir ki, rayonunun Qağacılı kənd sakini, 1970-ci il təvəllüdlü Ədalət Adil oğlu Həmidovun idarə etdiyi "Toyota" markalı avtomobillə Şilyan kənd sakini, 1988-ci il təvəllüdlü Rəşadət Vidadi oğlu Məmmədovun idarə etdiyi "VAZ-21099" markalı avtomobil toqquşub. 

    Toqquşmadan sonra "VAZ-21099" markalı avtomobil piyada, rayonun Şahsevən kənd sakini, 1964-cü il təvəllüdlü Fəzilə Həkimağa qızı Səlimovanı vurub. Ağır xəsarət alan F. Səlimova paytaxt xəstəxanasına aparılıb. 

    Fakt araşdırılır. (Apa)

    Chosen
    17
    6
    bakivaxti.az

    7Sources