AZ

Kürdəmirdə yol qəzası olub, piyada yaralanıb

ain.az, Avtosfer portalına istinadən məlumat yayır.

Kürdəmirdə yol qəzası olub, piyada xəsarət alıb.

Avtosfer.az-ın APA-ya istinadən xəbərinə görə, rayonunun Qağacılı kənd sakini, 1970-ci il təvəllüdlü Ədalət Adil oğlu Həmidovun idarə etdiyi "Toyota" markalı avtomobillə Şilyan kənd sakini, 1988-ci il təvəllüdlü Rəşadət Vidadi oğlu Məmmədovun idarə etdiyi "VAZ-21099" markalı avtomobil toqquşub.

Toqquşmadan sonra "VAZ-21099" markalı avtomobil piyada, rayonun Şahsevən kənd sakini, 1964-cü il təvəllüdlü Fəzilə Həkimağa qızı Səlimovanı vurub. Ağır xəsarət alan F. Səlimova paytaxt xəstəxanasına aparılıb.

Fakt araşdırılır.

Oxunub 0

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
1
6
avtosfer.az

7Mənbələr