EN

Kuba da fövqəladə vəziyyət elan etdi


Kuba hakimiyyəti ABŞ-dən “fövqəladə təhlükə” olduğunu əsas gətirərək, respublikada fövqəladə vəziyyət elan edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Kubanın xarici işlər naziri Bruno Rodriqes Parrilla “X” sosial şəbəkə səhifəsində məlumat yayıb.
“Kuba xalqı beynəlxalq ictimaiyyətlə həmrəylik nümayiş etdirərək, ABŞ hökumətinin hərəkətləri fonunda vəziyyətin qeyri-adi və fövqəladə bir təhlükə yaratdığı qənaətinə gəlir. Kuba xalqı <...> bu təhlükəyə cavab olaraq beynəlxalq fövqəladə vəziyyət elan edir”, - deyə nazir öz səhifəsində bildirib.
Rodriqes Parrilla həmçinin, qeyd edib ki, Vaşinqtondan gələn bu təhlükə “tamamilə və ya əsasən ABŞ-nin Kuba əleyhinə olan neofaşist sağ qanadından” gəlir və “bütün ölkələrin milli təhlükəsizliyinə və xarici siyasətinə, eləcə də beynəlxalq sülhə” qarşı yönəlir.
Chosen
10
1
yeniavaz.com

10Sources