ABŞ-ın Kuba ilə bağlı mövqeyi fövqəladə təhlükə təşkil edir və bu, respublikada fövqəladə vəziyyət elan edilməsinə səbəb olub.
Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə Kubanın xarici işlər naziri Bruno Rodriges Parrilla bildirib.
Nazir X-də yazıb: "Kuba xalqı beynəlxalq ictimaiyyətlə həmrəylik nümayiş etdirərək, vəziyyətin ABŞ hökumətinin Azadlıq Adası ilə bağlı hərəkətləri işığında qeyri-adi və fövqəladə bir təhlükə yaratdığı qənaətinə gəlir. Kuba xalqı bu təhlükə ilə əlaqədar beynəlxalq fövqəladə vəziyyət elan edir".
Nazir qeyd edib ki, Vaşinqtonun təhdidi tamamilə və ya əsasən ABŞ-ın Kuba əleyhinə olan neofaşist sağ qanadından gəlir və bütün ölkələrin milli təhlükəsizliyinə və xarici siyasətinə, eləcə də beynəlxalq sülhə qarşı yönəlib.
Qeyd edək ki, cümə axşamı ABŞ prezidenti Donald Tramp Vaşinqtonun Kubaya neft tədarük edən ölkələrdən gələn mallara tarif tətbiq etməsinə icazə verən sərəncam imzalayıb. Kubanın xarici işlər naziri ölkəsinin yanacaq tədarükünün tam blokadası, beynəlxalq ticarətin bütün prinsiplərini pozan və Kuba xalqı üçün ekstremal şərait yaradan bu tədbirləri qətiyyətlə pisləyib.
Anar