O, investorlarla telefon konfransı zamanı Frimontdakı (Kaliforniya) zavodun bu məqsədlə yenidən təchis olunacağını bildirib.
“İstiqaməti dəyişmək və gələcəyə yönəlmək zamanıdır” deyən Mask gələcəkdə Frimontdakızavodun ildə 1 milyon ədəd robotburaxacağını deyib.
Amma ekspertlərin fikrincə, məsələ təkcə “gələcəyə yönəlməkdə” deyil. “Associated Press”ə görə, “Tesla”nın illik gəliri son 5 ildəki ən aşağı həddə düşüb. Ötən il bu göstərici 46% azalma ilə $3,8 milyard olub. Dünya bazarındakı payını Çinin BYD şirkətinə uduzan “Tesla” ən böyük elektromobil istehsalçısı statusunu itirib. Hərçənd, buna baxmayaraq, ötən il səhmləri 9% bahalaşıb.
Samir Quliyev
AzVision.az