Azvision saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
O, investorlarla telefon konfransı zamanı Frimontdakı (Kaliforniya) zavodun bu məqsədlə yenidən təchis olunacağını bildirib. “İstiqaməti dəyişmək və gələcəyə yönəlmək zamanıdır” deyən Mask gələcəkdə Frimontdakı zavodun ildə 1 milyon ədəd robot buraxacağını deyib. Amma ekspertlərin fikrincə, məsələ təkcə “gələcəyə yönəlməkdə” deyil. “Associated Press”ə görə, “Tesla”nın illik gəliri son 5 ildəki ən aşağı həddə düşüb. Ötən il bu göstərici 46% azalma ilə $3,8 milyard olub. Dünya bazarındakı payını Çinin BYD şirkətinə uduzan “Tesla” ən böyük elektromobil istehsalçısı statusunu itirib. Hərçənd, buna baxmayaraq, ötən il səhmləri 9% bahalaşıb. Samir Quliyev
AzVision.az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.